Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb. Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb. Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
#Ankarada xüsusi təyyarə qəzası: axtarış-xilasetmə başa çatıb
Ankara Esenboğa Beynəlxalq Hava Limanından havaya qalxan xüsusi təyyarə ilə əlaqənin kəsildiyi bildirilib. Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarənin qısa müddət sonra qəzaya uğradığı və qəzanın baş verdiyi ərazinin müəyyən edildiyi açıqlanıb.