Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb. AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.
#Türkiyə: SDQ razılaşmaları gecikdirir
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani Dəməşqdə görüşərək Suriya Demokratik Qüvvələri (SDQ) ilə inteqrasiya və Şimal-Şərq bölgəsindəki vəziyyəti müzakirə edib. Nazir Fidan bildirib ki, SDQ Dəməşq ilə aparılan inteqrasiya danışıqlarında irəliləyişə maraq göstərmir. O vurğulayıb ki, SDQ-nin bəzi fəaliyyətlərini İsrail ilə koordinasiya şəraitində həyata keçirməsi, Dəməşq ilə aparılan danışıqlarda ciddi əngəl yaradır. Suriya xarici işlər naziri Şeybani isə qeyd edib ki, Şimal-şərqin inteqrasiyası məsələsində SDQ-dən heç bir iradə görünmür. O əlavə edib ki, Cezire bölgəsinə daha çox diqqət yetiriləcək və Suriya dövləti həmin ərazidə mövcud olacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror strukturu prosesi uzadaraq vaxt qazanmağa çalışır. Nazir bu fikirləri TRT World kanalında yayımlanan “One on One” proqramında səsləndirib. Fidanın sözlərinə görə, Türkiyə, region ölkələri, ABŞ və digər tərəflər İŞİD-lə mübarizə gündəliyini irəli aparmaqda davam edir, lakin bu proses Suriya dövlətinin bərpasına mane olacaq terror elementlərinə imkan verməməlidir. O vurğulayıb ki, Ankara SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası prosesinin tempindən narazıdır və bu strukturun regional böhranlar və İsrail kimi amillərdən ümid gözlədiyini düşünür.