#səlib yürüşləri zamanı müsəlman həkimlərin rolu

Amerikalı tarixçi Tomas F. Madden “Crusades: The Illustrated History” (“Səlib yürüşləri: Rəsmli tarix”) adlı kitabının tibblə bağlı fəslinə səlib yürüşləri dövründə baş vermiş iki diqqətçəkən hadisə ilə başlayır. Bu hadisələr həmin dövrdə müsəlman və xristian dünyasında tibbi bilik və təcrübə arasındakı fərqi açıq şəkildə nümayiş etdirir.