#Müasir müharibələrin taleyini dəyişən texnologiyalar

Müasir müharibələr sürətlə dəyişən texnoloji mühitin təsiri altında yeni mərhələyə daxil olur. Artıq hərbi üstünlüyü müəyyən edən əsas amil konvensional qüvvələr deyil, yüksək texnologiyaların tətbiqi və məlumat üstünlüyüdür. Analitiklər bildirirlər ki, döyüş meydanının gələcəyini formalaşdıracaq aparıcı sistemlər süni intellekt, hipersəs sürətli platformalar və elektron mübarizə vasitələridir.