Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.