#Dubay Hava Limanları

Superkarlardan ibarət xidməti avtoparkı və qabaqcıl rəqəmsal texnologiyaları ilə seçilən Dubay Polisi, xüsusi təyinatlı "Ghiath" ağıllı patrul avtomobilləri proqramının ikinci nəslini rəsmi olaraq ictimaiyyətə nümayiş etdirib. Ərəb Əmirliklərində süni intellekt, ağıllı mobillik və ekoloji cəhətdən davamlı nəqliyyat sistemlərinin genişləndirilməsi strategiyasının tərkib hissəsi olan yeni patrul avtomobili, Çinin qabaqcıl "BYD" konserninin lüks brendinə məxsus DENZA B8 qoşulan hibrid (PHEV) SUV platforması üzərində inşa edilib.

Dubay rəhbərliyi Metronun yeni "Göy xətt" (Blue Line) marşrutu üzrə stansiyaların dizayn konsepsiyalarını təqdim edib. 30 kilometrlik bu marşrut 14 stansiyadan ibarət olacaq ki, bura 3 keçid stansiyası, 7 yerüstü və 4 yeraltı stansiya daxildir. Dünyanın ən hündür metro stansiyası və dörd təbiət ünsüründən (hava, su, torpaq və od) ilhamlanan interyerlər layihənin əsas xüsusiyyətləridir.