Dünyada siyasi qarşıdurmaların və regional münaqişələrin artdığı bir dövrdə sülh mediasiyasının rolu getdikcə önəmli olur. Artıq mediasiya yalnız ailə və kommersiya mübahisələrinin həlli vasitəsi deyil, ölkələrin taleyini, beynəlxalq təhlükəsizliyi və milyonlarla insanın həyatını birbaşa formalaşdıran mühüm mexanizmdir. Hümmət Əliyev bildirir ki, diplomatik mediasiya təkcə masa arxasında aparılan danışıqlar deyil, həm də siyasət, hüquq, psixologiya, tarix və mədəniyyət fərqlərinin dərindən anlaşılmasını tələb edən kompleks bir prosesdir. “Sülh yalnız razılaşma sənədi ilə bitmir – etimadın bərpası, destruktiv narrativlərin azaldılması və gələcək nəsillər üçün təhlükəsiz mühitin yaradılması da bu prosesin hissəsidir,” – deyə o əlavə edib.