Suriya Prezidenti Əhməd əş-Şəraa, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə Xüsusi Təmsilçisi Tom Barak ilə rəsmi görüş keçirib. Görüşdə Suriya Xarici İşlər Naziri Əsad Həsən Şeybani də iştirak edib. Rəsmi məlumatlara görə, tərəflər bölgədəki son siyasi və təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Görüş zamanı Suriya və ABŞ arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və regionda sabitliyin təmin olunması məsələləri diqqət mərkəzində olub.
#Suriya XİN
Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən “Aralıq dənizi üçün Birlik” 10-cu Regional Forumunda yenidən iştirak edib. Suriya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkə uzun fasilədən sonra tam üzvlüyünün bərpası ilə forum çərçivəsində keçirilən nazirlər toplantısına qatılıb. Nazirlik bu iştirakın Suriyanın regional dialoqdakı rolunun bərpası, həmçinin bölgədə genişmiqyaslı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayaraq, bununla bağlı məmnunluğunu ifadə edib.