Bir vaxtlar Səudiyyə nefti üçün həyat xətti olan Trans-Ərəb Boru Kəməri (Tapline) hazırda Krallığın ilk sənaye irsi sahəsidir. Lakin dəniz keçidlərində (dar boğazlarda) risklərin artması ilə müasirləşdirilmiş bir “Tapline” yenidən kommersiya baxımından məna kəsb edə bilərmi?
#Aramco və iqtisadi diversifikasiya planı
Səudiyyə Ərəbistanı tərəfindən 2016-cı il aprelin 25-də elan olunan Vizyon 2030 proqramı ölkənin iqtisadi, sosial və mədəni sahələrdə genişmiqyaslı transformasiyasını hədəfləyən dövlət təşəbbüsüdür. Şahzadə Məhəmməd bin Salmanın rəhbərliyilə həyata keçirilən strategiya Krallığın iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaq və Səudiyyəni qlobal investisiya və innovasiya mərkəzinə çevirmək məqsədi daşıyır. Proqramın icrasına nəzarət Nazirlər Şurası tərəfindən İqtisadiyyat və İnkişaf Şurasına həvalə olunub.