#Aramco IPO və sərmayə siyasəti transformasiyanın mərkəzində

Səudiyyə Ərəbistanı tərəfindən 2016-cı il aprelin 25-də elan olunan Vizyon 2030 proqramı ölkənin iqtisadi, sosial və mədəni sahələrdə genişmiqyaslı transformasiyasını hədəfləyən dövlət təşəbbüsüdür. Şahzadə Məhəmməd bin Salmanın rəhbərliyilə həyata keçirilən strategiya Krallığın iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaq və Səudiyyəni qlobal investisiya və innovasiya mərkəzinə çevirmək məqsədi daşıyır. Proqramın icrasına nəzarət Nazirlər Şurası tərəfindən İqtisadiyyat və İnkişaf Şurasına həvalə olunub.