ABŞ Prezidenti Donald Trampın Tehranın dezinformasiya kampaniyalarında süni intellektdən (Sİ) istifadə etməsi barədə bəyanatı təsadüfi bir iddia deyil. İran daxili və xarici ictimai rəyi istiqamətləndirmək üçün informasiya əməliyyatlarından istifadə sahəsində uzunmüddətli tarixə malikdir. Lakin bu gün şahid olduğumuz mənzərə sadəcə bu fəaliyyətlərin davamı deyil; alətlərin keyfiyyətində, icra sürətində və təsir dairəsində baş verən köklü bir transformasiyadır.
#Lavender və The Gospel: İsrailin AI hədəfləmə sistemləri
İsrail ordusunun Qəzza müharibəsində süni intellekt sistemlərindən genişmiqyaslı istifadəsi hədəf seçimi prosesini sürətləndirib və müasir döyüş konsepsiyasını köklü şəkildə dəyişib. Mütəxəssislər bu müharibəni avtomatlaşdırılmış hərbi texnologiyaların tarixində dönüş nöqtəsi kimi qiymətləndirirlər.