#Azərbaycan Turizm Bürosu

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisinin açılması ölkənin Çin turizm bazarında mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Yeni nümayəndəlik Azərbaycanın turizm imkanlarının tanıdılması, Çin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkəyə turist axınının artırılması məqsədi daşıyır. Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin beynəlxalq turizm konfransında “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülməsi isə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.

Fevralın 12-də Azərbaycan Turizm Bürosu Belarusun paytaxtı Minsk şəhərində keçirilən “Travel Connection Minsk” tədbirində iştirak edib. Belarusdan olan 100-dən çox yerli turizm şirkətini bir araya gətirən tədbir yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın turizm potensialının Belarus turizm sənayesi nümayəndələrinə təqdim edilməsi baxımından effektiv platforma rolunu oynayıb.

Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

Azərbaycan Turizm Bürosu (ATB) 22-25 yanvar tarixlərində Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Xizəkdə Tramplindən Tullanma üzrə Dünya Çempionatı yarışlarında təmsil olunub. ATB-nin brend guşəsində yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları və qış idman növləri üzrə potensialı haqqında ətraflı məlumat verilib.

Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib. Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Özbəkistan Turizm Həftəsi çərçivəsində 27-29 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirilir. Daşkənd şəhərində keçirilən “TİTF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib. “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Hava Yolları (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib