#Livan və Cənubi Kipr arasında dəniz anlaşması: Ankara ilə gərginlik artır

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler, Livan ilə Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında imzalanan dəniz səlahiyyət zonalarının məhdudlaşdırılması anlaşmasına sərt reaksiya göstərib. O bildirib ki, bu razılaşma Kipr türklərinin hüquqlarını pozur və Rum tərəfinin beynəlxalq alanda imzaladığı heç bir anlaşmanı qəbul etmədiklərini vurğulayıb. Öztürkler yazılı açıqlamasında qeyd edib ki, anlaşma adadakı siyasi reallıqları nəzərə almayan tək tərəfli addımdır və bölgədə gərginliyi artırır.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Livan ilə Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında imzalanan Xüsusi İqtisadi Zona (MEB) Sərhədlərinin Məhdudlaşdırılması Sazişi ilə bağlı açıqlama verib. Keçeli sosial media hesabında yayımladığı açıqlamada bildirib. “Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə, Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcək.”- deyə Keçəli qeyd edib. O, GKRY-nin 2003-cü ildən bəri adanın bərabər tərəfi olan Kipr türklərini nəzərə almadan bölgədəki sahilyanı ölkələrlə dəniz sahələrinin sərhədlərini müəyyən edən ikitərəfli sazişlər imzaladığını xatırladıb. Keçeli qeyd edib ki, Livan ilə 2007-ci ildə imzalanmış, lakin qüvvəyə minməmiş saziş dünən yenidən təsdiqlənib.