#beynəlxalq cinayətkarlığa qarşı mübarizə

Ankarada mənfəət əldə etmək məqsədi güdən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda saxlanılan 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində, Ankara İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən İ.Ş.-nin liderlik etdiyi cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Polis qrupları; "nitelikli yağma" (reketlik), narkotik və stimullaşdırıcı maddələrin ticarəti, şəxsi istifadə üçün narkotik saxlama, hədə-qorxu gəlmə, qanunsuz silah gəzdirmə və saxlama, silah və sursat ticarəti, cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə, məhkəmə prosesinə təsir göstərməyə cəhd, həmçinin iş və çalışma azadlığına mane olma cinayətlərini törətdiyi müəyyən edilən 23 şübhəlini saxlayıb.