#Tarixdə bu gün

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) yaradıldı. O, Ümumi Bazarın 9 üzvü və Avropa Azad Ticarət Assosiasiyasının 7 üzvü olan EFTA, ABŞ və Kanada tərəfindən təsis edilmişdir. Müqaviləni Türkiyə də imzaladı.

Bu gün, radio rabitəsi tarixində mühüm hadisənin ildönümüdür. Məhz bu gün — 1901-ci ilin 12 dekabrında — italyan fiziki və radio pioneri Quilyelmo Markoni Atlantik okeanı üzərindən ilk radio siqnalını göndərərək dünya elmini heyrətləndirmişdi. Elm adamlarının Yer kürəsinin əyriliyi səbəbilə radio siqnallarının 200 mildən artıq yayıla bilməyəcəyini iddia etməsinə baxmayaraq, Markoni Mors kodu ilə “S” siqnalını İngiltərənin Kornuol qraflığındakı Poldhu stansiyasından Kanadanın Nyufaundlend sahillərinə çatdırmağı bacardı. Siqnal 2 000 mildən çox məsafə qət etdi və radio rabitəsi tarixini dəyişdi.

Nazım Hikmətin "Küləyə qarşı yeriyən adam" heykəli Ankara Atatürk Mədəniyyət Mərkəzinin bağçasında Mədəniyyət Naziri Fikri Sağların da iştirak etdiyi mərasimlə qoyuldu.

Bu gün beş dekabr 1978-ci ildə Əfqanıstandakı populyarlığını itirmiş prosovet rejimini dəstəkləmək məqsədilə Sovet İttifaqı Əfqanıstan hökuməti ilə “dostluq müqaviləsi” imzalayaraq ölkəyə iqtisadi və hərbi yardım göstərməyi öhdəsinə götürdü. Bu müqavilə sovetləri rəsmi olaraq 1979-cu ildə başlayan və Sovetlərin dəstəklədiyi kommunist hökumətlə müsəlman üsyançılar – mücahidlər arasında gedən Əfqanıstan vətəndaş müharibəsinə daha bir addım yaxınlaşdırdı.