Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.
#AKINCI
İtaliya Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Türkiyənin pilotsuz uçuş aparatları sahəsində dünya miqyasında tanınan şirkəti “Baykar”ın istehsalat və texnoloji mərkəzində olub. Heyət, şirkətin yeni nəsil müdafiə texnologiyaları və gələcək layihələri ilə yaxından tanış olub. İtaliyanın müdafiə nazirinin müavini Matteo Perego di Cremnago, Hərbi Hava Qüvvələri Komandanı Korgeneral Antonio Conserva, Quru Qoşunları Komandanı Korgeneral Carmine Masiello və Hərbi Dəniz Qüvvələri Komandanının müavini Koramiral Giuseppe Berutti Bergotto başda olmaqla geniş nümayəndə heyəti Baykar Texnologiyalarını ziyarət edib.
Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.
Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib. Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.