#Epşteyn Hindistan siyasəti

Dünya ABŞ Ədliyyə Nazirliyinin “seks ticarətçisi” Cefri Epşteynlə bağlı dosyedə açıqladığı sənədlərin detallarını izləyir. Bu isə geniş sualı gündəmə gətirir: bütün ölçülər üzrə qalmaqallı sayılan bu fiqurun arxasında kim dayanırdı ki, siyasət, mədəniyyət, incəsənət və biznes dünyasının bir sıra məşhur simalarını “toruna” sala bildi? Corc Oruellin “Böyük Qardaş” ifadəsi ilə desək, pərdə arxasında bu “tamaşanı” idarə edən kimsə var: müəyyən dosyelərin, sektorların, hətta dövlətlərin gedişatına nəzarət etmək üçün. ABŞ prezident institutu və Britaniya kral ailəsinin sarsılması üçün yetərli olan “zəlzələ” bunun ölçüsünü göstərir.

Yeni elektron məktublar və mətn yazışmaları, ABŞ-lı maliyyəçi və yetkinlik yaşına çatmayan qızlara təcavüz etmiş Ceffri Epşteynin Hindistan siyasətinə təsir göstərmək cəhdlərinə dair indiyə qədər məlum olmayan detalları ortaya çıxarıb. Sənədlərə görə, Epşteyn Hindistanın Baş naziri Narendra Modinin partiyasından yüksək vəzifəli rəsmilərdən biri ilə əlaqə saxlayıb.