Muzey Mərkəzində müxtəlif inkişaf məhdudiyyətli, o cümlədən Daun sindromlu uşaqların əl işlərindən ibarət “Sevgi palitrası” adlı sərgi açılıb. Tədbirdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nümayəndələri, rəssamlar, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.