Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub. Paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.
#BTİ Regional Akselerasiya Mərkəzi
“Qürurvericidir ki, mərkəz MDB məkanında ilk dəfə Azərbaycanda yaradılır. Əsas məqsədi regionun startapları, biznes subyektləri, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verməkdir”, - deyə nazir bildirib.