#Salmanın Səudiyyə ABŞ əməkdaşlıq layihəsi

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlərin formalaşması son on ildə regional və qlobal dəyişikliklərin fonunda baş verib və Riyad–Vaşinqton xəttində qarşılıqlı maraqlara əsaslanan yeni bir siyasi-iqtisadi modelin meydana çıxmasına səbəb olub.