ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanla görüşüb. Səfər Səudiyyə-ABŞ münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir və iki ölkə arasında müdafiə, nüvə enerjisi, texnologiya və investisiya sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edir.