#Al Baraka Azerbaijan

Al Baraka Azerbaijan tərəfindən 2025-ci il üzrə həyata keçirilən xeyriyyə və humanitar fəaliyyətlərin yekun hesabatı açıqlanıb. Hesabat dövründə təşkilatın layihələri 16 ölkəni əhatə edib. İl ərzində 22 müxtəlif layihə istiqaməti üzrə ümumilikdə 420 xeyriyyə layihəsi icra olunub və bu təşəbbüslərdən 75 859 nəfər faydalanıb. Məlumata görə, layihələr əsasən humanitar yardımın göstərilməsi, sosial rifahın yaxşılaşdırılması, aztəminatlı ailələrin dəstəklənməsi və ehtiyac sahiblərinə yardımın çatdırılması məqsədi daşıyıb. Fəaliyyətlər beynəlxalq miqyasda həyata keçirilib və müxtəlif sosial qrupları əhatə edib.

Sudanda həyata keçirilən 760 nömrəli təcili humanitar layihə çərçivəsində ehtiyac sahibi ailələrə isti yeməklər paylanılıb. Uzun müddətdir davam edən münaqişələr səbəbindən bölgədə yaranmış humanitar böhran fonunda qida çatışmazlığından əziyyət çəkən ailələr üçün yardım proqramı 1–3 dekabr 2025-ci il tarixlərində icra olunub.

3 oktyabr 2025-ci il tarixində Qəzza zolağında yerləşən “Əl-Fəlah” məktəb sığınacağında növbəti humanitar aksiya həyata keçirilib. Ağır müharibə şəraitində susuzluq və məişət çətinlikləri ilə üz-üzə qalan sakinlər üçün təşkil olunan su paylanması nəticəsində ümumilikdə 800 nəfər təmiz içməli su ilə təmin olunub.