#azad edilmiş ərazilər

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib. Bu layihələr Türkiyə podratçılarının qlobal miqyasda yüksək nüfuz və etibarlı tərəfdaş statusu qazandığını nümayiş etdirir.

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir. Dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.