Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb. Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb. Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
#hərbi təyyarə qəzası
İndoneziyanın Cənubi Sulavesi əyalətində 7 heyət üzvü və 3 sərnişin olmaqla cəmi 10 nəfəri daşıyan təyyarə ilə əlaqə kəsilib. "Indonesia Air Transport" şirkəti tərəfindən idarə olunan "ATR 42-500" tipli təyyarənin siqnalı Cənubi Sulavesinin Maros bölgəsində radarlardan itib. Hava nəqliyyatı rəsmiləri təyyarə ilə əlaqənin kəsilməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyini ehtimal edirlər. Mülki Aviasiya Baş Direktorluğu tərəfindən verilən rəsmi açıqlamada təyyarənin tapılması üçün genişmiqyaslı axtarış-xilas etmə əməliyyatlarına başlanıldığı bildirilib. Hazırda müvafiq qurumlar və yerli hakimiyyət orqanları ilə sıx əlaqə saxlanılaraq hadisənin təfərrüatları araşdırılır.
Türkiyənin Müdafiə Nazirliyi, bir qəzetdə “Herkül ilə bağlı ilkin tespitlər” başlığı ilə yayımlanan xəbərdə yer alan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Nazirlik bildirir ki, xəbərdə qeyd olunan məqamlar davam edən araşdırmalar nəticəsində əldə olunmuş məlumatlar deyil, mənbəyi məlum olmayan şərhlərə əsaslanır. Bəyanatda, qəzaya uğramış təyyarənin qalıqlarında araşdırmaların davam etdiyi vurğulanıb.
Gürcüstanın daxili işlər naziri Geka Geladze ölkəsinin ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi yük təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradıldığını və bu qrupda Türkiyə rəsmilərinin də yer aldığını bildirib. Nazir Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi ilə bağlı jurnalistlərə açıqlama verərək, hadisədən dərin üzüntü duyduğunu və həlak olan türk hərbçilərin ailələrinə başsağlığı verib. O, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini də qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Bəqai qəza nəticəsində həyatını itirən şəhidlərin ailələrinə başsağlığı bildirib. Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə baş sağlığı verib.