Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler, Livan ilə Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında imzalanan dəniz səlahiyyət zonalarının məhdudlaşdırılması anlaşmasına sərt reaksiya göstərib. O bildirib ki, bu razılaşma Kipr türklərinin hüquqlarını pozur və Rum tərəfinin beynəlxalq alanda imzaladığı heç bir anlaşmanı qəbul etmədiklərini vurğulayıb. Öztürkler yazılı açıqlamasında qeyd edib ki, anlaşma adadakı siyasi reallıqları nəzərə almayan tək tərəfli addımdır və bölgədə gərginliyi artırır.
#Şimali Kipr Türk Cümhuriyyəti (KKTC)
Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Prezidenti Tufan Ərhürman, Türkiyə Prezidentinin dəvəti ilə ilk xarici səfərini Ankaraya edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanəddin Duran məlumat verib. “KKTC Prezidenti Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ilk xarici səfərini 13 noyabr 2025-ci ildə Türkiyəyə həyata keçirəcək. Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Kipr məsələsi ilə bağlı aktual məsələlər müzakirə olunacaq, Türkiyə-KKTC münasibətləri bütün aspektləri ilə dəyərləndiriləcək.”- deyə açıqlamada bildirilib.