Bildirilib ki, iclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
#Vüqar Əliyev
Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədri Corc Mihail Neamtsu ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.