#Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC)

Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.