Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işə başlayıb.
#BMT
Yunis Əl-Mənfi Azərbaycana səfərə gəlib.
Slovakiya Respublikası Baş nazirinin müavini WUF13 iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Zimbabve Respublikasının Vitse-prezidenti WUF13 iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq.
Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Kamboca Krallığının Baş nazirinin müavini, WUF13 iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
BMT-nin Livan üzrə humanitar koordinatoru İmran Riza bildirib ki, atəşkəsə baxmayaraq İsrail hücumları nəticəsində Livanda mülki itkilər artır. Hava zərbələri və dağıntılar humanitar vəziyyəti ağırlaşdırır, ailələrin dağılması və insanların davamlı qorxu şəraitində yaşamasına səbəb olur.
Birləşmiş Millətlər Təşkilatının sözçüsünün müavini Farhan Haq bildirib ki, Qəzzada sığınacaqlarda yaşayan ailələr siçovul və həşəratların çadırlara daxil olması, həmçinin qida ehtiyatlarını çirkləndirməsi nəticəsində dəri infeksiyaları və digər xəstəliklərlə üzləşirlər.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bildirib ki, martın 2-dən bəri Livanda davam edən İsrail hücumları nəticəsində ən azı 200 uşaq həyatını itirib. UNICEF-in açıqlamasına görə, son bir həftə ərzində belə “atəşkəs” rejiminə baxmayaraq, ölkədə ən azı 59 uşaq ya həlak olub, ya da yaralanıb.
BMT bildirib ki, İsrail 2025-ci ilin əvvəlindən etibarən İordan çayının qərb sahilində təxminən 40 min fələstinlini məcburi köçkünə çevirib. Təşkilat davam edən dağıntılar və hücumların mülki əhali üçün humanitar vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.
Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi təqdim olunub. Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimi Millətlər Sarayı kompleksinin ən simvolik məkanlarından biri olan və qlobal dialoq üçün yüksək rəmzi əhəmiyyət daşıyan möhtəşəm qəbul zalında (Salle des Pas Perdus) baş tutub.