#Nikol Paşinyan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib. Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Ermənistan ABŞ-də Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir və onları qısa müddətdə həyata keçirməkdə qətiyyətlidir. Bunu Çində keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar nəticəsində təkcə Ermənistanla Azərbaycan arasında dövlət daxilində, ikitərəfli və beynəlxalq səviyyədə kommunikasiya açılmayacaq, eyni zamanda, bütün ŞƏT üzv dövlətləri üçün yeni logistik imkanlar yaradılacaq.

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib. Məlumata əsasən, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.

Prezidentin Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, söhbət Ermənistan tərəfinin xahişi ilə baş tutub. Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh danışıqları müzakirə olunub. Ərdoğan Paşinyanı Azərbaycanla əldə olunan razılaşmaya görə təbrik edərək, nümayiş etdirilən sülh iradəsinin regional sabitlik üçün dəyərli olduğunu vurğulayıb. "Bu addım artıq konkret tədbirlərə çevrilməlidir", — deyə Türkiyə prezidenti bildirib.

Ekspert bildirib ki, Azərbaycan uzun illərdir davam edən münaqişənin başa çatması istiqamətində öz siyasi iradəsini ortaya qoyub. Vaşinqton görüşü Azərbaycanın birbaşa siyasi iradəsinin təzahürüdür və bu cür də qəbul olunmalıdır. Bu baxımdan da mütləq və davamlı sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasına dəyişikliklər etməlidir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək. Sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib. Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.

"Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub", - deyə o Paşinyan qeyd edib.