#Sosial məsuliyyət

Böyük Britaniyanın daxili işlər naziri bu gün (bazar ertəsi) ölkədə məskunlaşmaq istəyən miqrantlarla bağlı yeni qaydaları açıqlayacaq. Yeni tələblərə əsasən, miqrantların iş tapması, dövlət yardımına müraciət etməməsi və ictimai işlərdə iştirak etməsi tələb olunacaq. Hazırda ailəsi Böyük Britaniyada yaşayan və burada beş il qalmış şəxslər, həmçinin hər hansı viza ilə qanuni şəkildə on il yaşayanlar daimi yaşamaq icazəsi ala bilirlər. Bu status onlara yaşamaq, işləmək, təhsil almaq, dövlət yardımlarından faydalanmaq və Britaniya vətəndaşlığını əldə etmək hüququ verir.