#Miqrasiya siyasəti

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin bütün əyalətlərində qeyri-qanuni miqrasiya və insan alverinə qarşı keçirilən genişmiqyaslı yoxlamaların nəticələrini açıqlayıb. Miqrasiya İdarəsi, daxili qoşunlar və polis qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 19 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Nazir Yerlikaya sosial media hesabında bildrib ki, 27 mindən çox personalla 14 mindən çox müxtəlif məkanda aparılan yoxlamalar zamanı 372 min 409 nəfərin şəxsiyyəti yoxlanılıb. Əməliyyat nəticəsində ölkə ərazisində qanunsuz məskunlaşan 478 düzənsiz miqrant saxlanılaraq deportasiya mərkəzlərinə təhvil verilib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı tam səyahət qadağası tətbiq edilən ölkələrin siyahısını genişləndirərək, aralarında Suriya da olmaqla daha yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib. Ağ Evin yaydığı bəyanatda bildirilib ki, Tramp milli təhlükəsizlik və ictimai təhlükəsizlik təhdidlərindən qorunmaq məqsədilə yoxlama, nəzarət və məlumat mübadiləsində ciddi çatışmazlıqları olan ölkələrin vətəndaşlarına qarşı giriş məhdudiyyətlərini “genişləndirən və gücləndirən” fərman imzalayıb.

Türkiyənin 81 vilayətində miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 9-u xarici vətəndaş olmaqla 29 təşkilatçı saxlanılıb. Yoxlamalar zamanı 434 min 295 nəfərin kimlik məlumatları yoxlanılıb və 687 qeyri-qanuni miqrant müəyyən edilərək tutulub. Miqrasiya İdarəsinin koordinasiyası ilə Polis İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə Baş İdarəsi, Sərhəd Xidmətinin Miqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsi və Sahil Mühafizəsi Komandanlığı tərəfindən ictimai əyləncə məkanları, yük maşını qarajları, avtobus terminalları, limanlar və ictimai nəqliyyat dayanacaqlarında geniş yoxlamalar aparılıb. Ümumilikdə 15 min 334 obyekt nəzarət altına alınıb.

Böyük Britaniyanın daxili işlər naziri bu gün (bazar ertəsi) ölkədə məskunlaşmaq istəyən miqrantlarla bağlı yeni qaydaları açıqlayacaq. Yeni tələblərə əsasən, miqrantların iş tapması, dövlət yardımına müraciət etməməsi və ictimai işlərdə iştirak etməsi tələb olunacaq. Hazırda ailəsi Böyük Britaniyada yaşayan və burada beş il qalmış şəxslər, həmçinin hər hansı viza ilə qanuni şəkildə on il yaşayanlar daimi yaşamaq icazəsi ala bilirlər. Bu status onlara yaşamaq, işləmək, təhsil almaq, dövlət yardımlarından faydalanmaq və Britaniya vətəndaşlığını əldə etmək hüququ verir.