#Sahel İttifaqı Cinayət və İnsan Hüquqları Məhkəməsi

Mali, Burkina Faso və Niger, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsindən çıxdıqlarını rəsmən elan ediblər. Sənəddə vurğulanıb ki, məhkəmə soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təsirli mühakimə apara bilmir, əksinə böyük dövlətlərin maraqlarını qoruyan bir mexanizmə çevrilib.