Dünya Meteorologiya Təşkilatı (WMO) yeni hesabatında qlobal su dövrünün sürətlə qeyri-sabitləşdiyini açıqlayıb. Qurum, iqlim dəyişikliyi səbəbilə buzlaqların əriməsi, uzunmüddətli quraqlıqlar və dağıdıcı daşqınların artmasının planetin ən həyati sistemini “nəzarətdən çıxardığını” vurğulayıb.