Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.