Yeni aparılan araşdırma Ozempic və Wegovy kimi məşhur arıqlama dərmanlarının istifadəsi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. Analizə görə, bu preparatlardan istifadə edənlərin 52 faizi 12 ay ərzində müalicəni dayandırır. Danimarkada aparılan tədqiqat çərçivəsində artıq çəkidən əziyyət çəkən, lakin şəkərli diabeti olmayan 77 mindən çox şəxsin məlumatları araşdırılıb.