Bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.
#FHN
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) hazırlıqla əlaqədar toplantı təşkil olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.
Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.
Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən AzerVoice-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal hadisə yerinə Nazirliyin qüvvələri cəlb olunub. Məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində mürəkkəb relyefli dağlıq ərazidə alovun genişlənməsinin və böyük sahəyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
AzerVoice-in yerli müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əmıkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.