BOTAŞ tərəfindən Antalya Sənaye Bölgəsində yerləşən “Take-Off” vana stansiyası üzrə tikinti işlərinin görülməsi üçün açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində təxminən 425 kvadratmetr ərazidə torpaq işləri, betonlama, betonarme yol və vana otağının inşası nəzərdə tutulur. İşlərin Antalya vilayətinin Döşemealtı rayonunda həyata keçirilməsi planlaşdırılır.
#tender
İstanbul şəhərində fəaliyyət göstərən İstanbul İdman Tədbirləri və İşlətməçilik Ticarət Anonim Şirkəti 2026-cı il üçün “Təsis idarəetmə sistemi proqram təminatı dəstək və texniki xidmətlərinin alınması” üzrə açıq tender proseduruna başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində 12 ay müddətində proqram təminatı üzrə texniki dəstək və xidmətlərin göstərilməsi nəzərdə tutulur. İşə müqavilə imzalandıqdan sonra 3 gün ərzində başlanılacaq.
Qaziantep Su və Kanalizasiya İdarəsi tərəfindən 800 min litr dizel yanacağının satın alınması üçün açıq tender proseduru başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma 12 ay müddətində həyata keçiriləcək və müqavilə imzalandıqdan sonra ən geci 10 gün ərzində icrasına başlanacaq.
Muş Xüsusi İdarəsi nəzdində texnika parkında istifadə olunmaq üçün 1 milyon 300 min litr dizel yanacağının alınması məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra yanacaq sifariş əsasında mərhələli şəkildə təqdim olunacaq və sifariş tarixindən etibarən 3 gün ərzində təhvil verilməlidir.
Anadolu Universiteti Dövriyyə Vəsaiti İdarəsi 30 ədəd kompüter və qrafik prosessorlu serverin alınması üzrə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra ən gec 60 gün ərzində bütün malların tam və qüsursuz şəkildə təhvil verilməsi nəzərdə tutulur.
İstanbulun Esenyurt rayonunda iki yeni məktəbin tikintisi üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 750 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Trabzon Böyükşəhər Bələdiyyəsinin nəznində fəaliyyət göstərən nəqliyyət şirkəti 4 milyon 600 min litr dizel yanacağının alınması üçün tender elan edib.
Kayseri Su və Kanalizasiya İdarəsi (KASKİ) içməli su infrastrukturu üçün transformator, SCADA elektrik avadanlığı, generator, elektrik kabelləri, elektrik xırdavatı və tezlik çeviricilərinin satın alınması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avadanlıqların təhvil yeri KASKİ Germiraltı Təsisləri kimi müəyyən olunub. Müqavilə imzalanan gün işə başlanma tarixi hesab ediləcək.
Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) 31 ədəd generatorun alınması üzrə açıq tender proseduruna başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq generatorların 180 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Malatya Su və Kanalizasiya İdarəsi Baş İdarəsi (MASKİ) əlavə xidmət binası və ekip evi tikintisi ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 210 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Türkiyənin Dənizli vilayətinin Mərkəzefendi Bələdiyyəsi 2026-cı il üçün yol tikintisi və yol təmiri materiallarının satın alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 280 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Ankara Universiteti Səhiyyə Tətbiq və Tədqiqat Xəstəxanaları 2026-cı il üçün tibbi təyinatlı cihazların texniki baxımı və təmiri ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 30 növ tibbi cihazın bir il müddətinə texniki baxım və təmir xidmətlərinin satın alınması nəzərdə tutulur.