#tender

Türkiyənin Dövlət Su İşləri Baş İdarəsi (DSİ) tərəfindən mərkəzi kompleksin istismar, baxım və təmir işlərinin həyata keçirilməsi üçün tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə üzrə xidmətlər 18 nəfərlik heyət tərəfindən yerinə yetiriləcək. Komandada 1 texniki direktor, 1 texniki şöbə rəisi, 3 sahə rəhbəri, 10 usta, 1 usta köməkçisi və 2 operator fəaliyyət göstərəcək.

Türkiyənin Muş şəhərində yerləşən Muş şəhər stadionunda iki min nəfərlik polad konstruksiyalı tribunanın tikintisi ilə bağlı tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 210 gün təşkil edir.

Sivas Cümhuriyyət Universitetinin Tətbiq və Tədqiqat Xəstəxanası Qulaq-Burun-Boğaz (KBB) xəstəlikləri şöbəsi üçün cərrahi alətlər dəsti alışı üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan 10 gün sonra təhvil alınmağa başlanacaq.

Türkiyə Səhiyyə Nazirliyi tabeliyində fəaliyyət göstərən İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün, qurumun xidmətlərində istifadə olunan nəqliyyat vasitələri üçün 90 min litr yanacaq alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Balıkəsir şəhərinin Savaştəpə rayonunda 273 mənzil, 6 mağaza və 1 məscid tikintisi ilə yanaşı infrastruktur və ətraf mühitin düzənlənməsi işləri üçün tender elan edib.

İstanbul Ümraniyə Təhsil və Araşdırma Xəstəxanası 16 növ müxtəlif tibbi sərf materiallarının alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan 10 gün sonra təhvil alınmağa başlanacaq.

Türkiyənin Ədalət Nazirliyi, Elbistan Cəzaçəkmə Müəssisəsi tikintisi üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 750 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Türkiyənin Muğla Su və Kanalizasiya İdarəsi (MUSKİ) tərəfindən “Kibertəhlükəsizlik və proqram təminatı məhsulları”nın satın alınması ilə bağlı tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət, məhsulları Muğla ərazisində MUSKİ tərəfindən göstərilən ünvanlara çatdıracaq.