#Kosmos xəbərləri

7 sentyabr gecəsi Günəşdə gücü üzrə sonuncudan əvvəlki sinifə aid partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, Bakı vaxtı ilə saat 02:15-də Günəşin 4207-ci ləkə qrupunda (N28W16) rentgen diapazonunda M1.2 sinifli, 10 dəqiqə davam edən partlayış müşahidə edilib.

Tədqiqatçılar qeyd edirlər ki, Günəş sisteminin ilk 100 milyon ilində Mars və Yer kimi daxili planetlər intensiv meteorit bombardmanına məruz qalıb. Bu toqquşmalar Marsın gənc qabığını parçalayaraq nəhəng maqma okeanlarının əmələ gəlməsinə səbəb olub. Soyuduqdan sonra bu okeanlar kristallaşaraq müxtəlif tərkibli qaya parçalarını mantiyada “sıxışdırıb”. Yerdə tektonik plitələrin hərəkəti bu cür qədim strukturları məhv etsə də, Marsın sabit, tək qabığı bu izləri “zaman kapsulu” kimi qoruyub saxlayıb.

Günəşdə yüksək gücə malik alışma qeydə alınıb. Bakı vaxtı ilə saat 18:16-da rentgen diapazonunda M1.1 sinfinə aid, 11 dəqiqə davam edən alışma baş verib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası və Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutu həmin gün üçün alışma aktivliyinin artacağını, iri protuberansların qopması və Yerə təsir göstərə biləcək daha güclü alışmaların formalaşa biləcəyini proqnozlaşdırmışdı.