Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
#Əlahiddə Ümumqoşun Ordusu
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət "Dağ komando kursu"nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.