#Oslo

Norveçin Drammen şəhəri yaxınlığında baş verən güclü yanğın nəticəsində 50-dən çox ev məhv olub. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub və yanğın yaşayış məntəqəsindən meşə sahəsinə keçib. Ərazi qalın qara tüstü ilə örtülüb. Hadisə zamanı ölən, yaralanan və ya itkin düşən şəxslər barədə məlumat yoxdur. Polis yüzlərlə sakini təhlükəsizlik məqsədilə təxliyə edib. Yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün işlərini davam etdirirlər. Yanğının başvermə səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

İsrail hərbi təyyarələri bölgənin səmalarında dolaşır. Raketlər və bombalar ataraq dağıdır, öldürür, sui-qəsdlər törədir və beynəlxalq hüquq normalarını yaranından bəri görünməmiş şəkildə param-parça edir. İsrail qüvvələri son dövrdə müxtəlif formalarda və dərəcələrdə beş ərəb ölkəsini bombaladı. Əvvəlcə, təbii ki, Fələstin, sonra isə Livan, Suriya, Yəmən və Qətər. Əgər buna İranı da əlavə etsək, say Yaxın Şərqdə altıya çatır. Eyni zamanda “Böyük İsrail” haqqında söhbətlər İsrail hökuməti dairələrinin və başqalarının dilində dolaşır.

Təxminən iki saat sonra polis formasında Utoya adasına gedərək, hakim Əmək Partiyasının təşkil etdiyi gənclər düşərgəsinə hücum edib. Burada o, əsasən gənclərdən ibarət 69 nəfəri güllələyərək qətlə yetirib. Bəzi qurbanlar sahilə üzməyə çalışarkən belə güllələnib. Hücum bir saatdan çox davam etdikdən sonra polis hadisə yerinə çatıb və Breivik təslim olub.