1992-ci ildə ilk dəfə bir pulsarın ətrafında iki planet aşkar edilmiş, 1995-ci ildə isə əsas sıra ulduzu ətrafında ilk ekzoplanet tapılmışdı. Sonrakı illərdə Kepler və TESS missiyaları ilə kəşflərin sayı sürətlə artdı. 2015-ci ildə Kepler-in mininci ekzoplaneti təsdiqlənmiş, 2016-cı ildə isə təkcə bir ildə təxminən 1500 yeni planet kəşf edilmişdi. 2022-ci ilin martında rəqəm 5 minə çatmışdı, 2025-ci ilin sentyabrına isə 6 min ekzoplanet qeydə alındı.
#Günəş sistemində neçə planet var
Beynəlxalq Astronomiya İttifaqının 2006-cı il qərarı ilə Günəş sistemində yeni dövr başlandı. Uzun illər Günəş sisteminin doqquzuncu planeti kimi tanınan Pluton, 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən “planet” statusundan çıxarılaraq “cücə planet” kimi təsnif edildi.Bu qərar, astronomik elmlərdə böyük bir mərhələ sayılsa da, dünya ictimaiyyətində narazılıq və emosional reaksiya doğurdu. Plutonun status dəyişikliyi IAU-nun 2006-cı ildə keçirilən Baş Assambleyasında qəbul olunan yeni “planet” tərifi ilə əlaqəlidir. Yeni qaydaya əsasən, bir obyektin planet hesab olunması üçün üç əsas şərt tələb olunur: Günəş ətrafında fırlanmaq, öz kütləsi ilə kürə formasını almaq və orbitindəki digər göy cismlərini "təmizləmək", yəni onlara cazibə qüvvəsi ilə dominantlıq etmək. Pluton ilk iki şərti yerinə yetirsə də, orbitindəki cisimləri tam təmizləmədiyi üçün bu kriteriyaya uyğun gəlmir.