#AzerGold

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsinin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.

“AzerGold” QSC tərəfindən 2025-ci ilin avqust ayından etibarən Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb. Bunu jurnalistlərə açıqlamasında dövlət şirkətinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ariz Tarverdiyev deyib.

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib. Xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 5-ci ildönümündə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən QSC-nin rəhbərliyi və kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Alxanlı kəndində qəhrəmancasına vuraşaraq şəhidlik zirvəsinə ucalıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib. Görüş zamanı Z.İbrahimov ortaq türk dünyasının mədəni irsinin daşıyıcıları olan Azərbaycan və Qırğız xalqları arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, həmçinin son illərdə dövlətlərarası münasibətlərin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 km-lik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.Yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.

Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib. Aksiyada “AzerGold” QSC-nin və onun törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.