#44 günlük Vətən müharibəsi

Bu gün 44 günlük Vətən Müharibəsinin başlanmasından düz 5 il keçir. 27 sentyabr həm Azərbaycanın tarixi Qələbəyə gedən yolunun başlanğıcı, həm də Anım Günü kimi yaddaşlarda qalır. Ölkə daxilində və xaricdə milyonlarla soydaşımız Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad edir.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir. Bu münasibətlə Xankəndidə əsl bayram ab-havası yaşanır. Gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.

Məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq. Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq. Layihə Heydər Əliyev Fondunun və "Paşa Holdinq"in dəstəyi ilə həyata keçirilir.