#Türkiyə bələdiyyələri

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Vilayət Sədrliyinin binasının, yeni vilayət sədri və rəhbərlik seçilənədək bağlı qalacağı açıqlanıb. Partiya Sarıyer Rayon Seçki Şurasına müraciət edərək, növbədənkənar İstanbul Vilayət Qurultayı keçirilib yeni rəhbərlik formalaşdırılanadək vəzifədən uzaqlaşdırılan vilayət sədri Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvanı İstanbul Valiliyinə və Ali Məhkəməyə təqdim edib.

2025-ci ilin mart ayından bəri davam edən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya araşdırmasında şübhəli şəxslərin sayı 330-a çatıb. İstintaq çərçivəsində İBB-nin bələdiyyə sədrinin müşaviri və İBB Medya AŞ-nin İdarə Heyətinin sədri Murat Ongun’un “müşaviri” kimi özünü təqdim edən Emrah Bağdatlı və iş adamı Murat Gülibrahimoğlu ilə birlikdə 10 şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.

Türkiyə Daxili İşlər Nazirliyi Güneyin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs edildiyini və vəzifədən kənarlaşdırıldığını açıqlayıb. Qeyd edək ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsbkarlıq”, “rüşvət alma”, “ağırlaşdırılmış fırıldaqçılıq”, “dələduzluq” və “tender saxtakarlığı” kimi ittihamlarda müqəssir bilinən Beyoğlu Bələdiyyə Başçısı İnan Güney və daha 39 nəfər Avqustun 15-də saxlanılmışdı.

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya istintaqı çərçivəsində saxlanılan Beyoğlu Bələdiyyə Başçısı İnan Güney də daxil olmaqla 44 nəfər ədliyyəyə sövq olunub. Daha bir nəfərin saxlanılması ilə şübhəlilərin ümumi sayı 45-ə yüksəlib. İstanbul Baş Prokurorluğunun apardığı istintaqa əsasən, Medya A.Ş., Kültür A.Ş. və İBB daxilində müxtəlif fırıldaqçılıq fəaliyyətlərində iştirak etdikləri müəyyən edilən 35 nəfər, eləcə də Murat Ongun və qaçaq vəziyyətdə olan Emrah Bağdatlı ilə əlaqəsi olduğu iddia edilən 9 nəfər saxlanılıb