#Misir daşınmaz əmlak bazarı

2025-ci ilin yanvar-iyul aylarında Misir vətəndaşları Türkiyədə 171 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 21 obyekt azdır. Məlumata görə, bu ilin iyul ayında Misir vətəndaşları Türkiyədə 22 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 11 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.