#Livanda Hizbullahın silahsızlaşdırılması

İsrailin Baş naziri Benyamin Netanyahu Livan hökumətinin bu ayın əvvəlində 2025-ci ilin sonuna qədər Hizbullahı silahsızlaşdırmaq barədə qəbul etdiyi qərarı “tarixi addım” kimi dəyərləndirib. Xatırladaq ki, ötən ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatan İsrail–Hizbullah müharibəsindən sonra Beyrut ABŞ-ın təzyiqi altında qalıb.