#Esenboğa Beynəlxalq Hava Limanı

2026-ci ilin yanvar ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 1 milyon 244 min 310 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 902 min 348 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 341 min 962 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 milyon 301 min 159 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 897 min 151 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 milyon 404 min 8 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 90 min 66 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 54 min 681 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 35 min 385 ton təşkil edib.