#Suriya Daxili İşlər Nazirliyi

Suriyanın şimal və şərqində 10 ildən artıq davam edən faktiki vəziyyətin sona çatdığı açıqlanıb. SDQ-nin məsul şəxsi Fərhat Abdi Şahin təşkilatın Suriya dövlətinin hərbi, təhlükəsizlik və inzibati strukturlarına inteqrasiyasının başa çatdığını bildirib. Qamışlı şəhərində keçirilən mərasimdə çıxış edən Şahin 29 yanvarda başlayan prosesin tamamlandığını və yeni mərhələyə keçildiyini elan edib. O, Kürd əhalisinin hüquqlarının Suriya Konstitusiyasında rəsmiləşdirilməsi istiqamətində siyasi səylərin davam etdiriləcəyini bildirib.

Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Suriya daxili işlər naziri Ənəs Hattab və onu müşayiət edən nümayəndə heyətini Ankarada qəbul edib. Görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları, Suriya Daxili İşlər Nazirliyinə və ona bağlı qurumlara dəstək, təcrübə mübadiləsi, intensiv təlim proqramlarının təşkili və Türkiyədə müvəqqəti qorunma altında olan suriyalıların ölkələrinə qayıdışı ilə bağlı iş birliyi məsələlərinin müzakirə olunduğunu bildirib.