Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan NATO Qərargahındakı görüşlər çərçivəsində NATO Baş katibi Mark Rutte, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaja Kallas, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper, İspaniya xarici işlər naziri Xose Manuel Albares və digər bir sıra həmkarları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
#Hakan Fidan və ABŞ danışıqları
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ankara İsrailin ekspansionist siyasətinə qarşı durmaq üçün onunla qonşu olan bütün ölkələrlə daimi təmasdadır. Fidanın sözlərinə görə, ABŞ-ın İsrailə xüsusi münasibəti Vaşinqtonun regiondakı mövqelərini zəiflədir və hətta onun tərəfdaşları arasında da narazılıq doğurur. Türkiyə XİN rəhbəri vurğulayıb ki, İsrailin ekspansiyasının iki əsas səbəbi var və onlardan biri , əraziləri genişləndirmək və “Böyük İsrail” qurmaq istəyi, digəri isə,bölgə ölkələrini zəif və parçalanmış vəziyyətdə saxlamaq niyyəti.
Hakan Fidan iyulun 16-17-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək “Kıbrısla bağlı Genişləndirilmiş Formatlı Qeyri-rəsmi Görüş”də iştirak edəcək.
Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir.